İstifadə qaydaları



  • Azercellim.com nədir və necə işləyir?

    Azercellim.com "Azercell Telekom" MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə vahid, mərkəzləşdirilmiş axtarış xidmətidir. Zövqünüzə uyğun hər hansı bir nömrəni axtarış bölməsində yazıb axtar düyməsinə basmaq kifayətdir. Axtardığınız nömrənin qarşısında “İstənilən Azercell Diler/Müştəri Xidmətləri ofisləri” qeyd edilibsə, müvafiq nömrəni sizə ən yaxın Azercell müştəri xidmətləri ofislərindən və ya rəsmi diler satış məntəqəsindən əldə edə bilərsiniz.
  • Nömrələrin satış qiymətini necə öyrənə bilərəm?

    Qarşısında “İstənilən rəsmi Azercell Diler/Müştəri Xidmətləri ofisləri” yazılan nömrələrin dilerlərə satış üçün tövsiyyə edilən qiyməti 3 AZN təşkil edir. Digər nömrələrin qiymətlərini veb-saytın sizə nəticə olaraq göstərdiyi diler və distributorlarla əlaqə saxlamaqla öyrənə bilərsiniz. Əlavə etmək istərdik ki, "Azercell Telekom" MMC bazardakı qiymət müəyyənləşdirilməsi prosesinə müdaxilə etmir və bu səbəbdən diler nömrə qiymətlərinin təyin edilməsində azaddır.
  • İstədiyim nömrəni tapmaqda çətinlik çəkirəm. Nə etməli?

    Tövsiyyə edirik ki, nömrədə rəqəm dəyişikliyi edib oxşar variantını bir daha axtarışa verəsiniz. Nömrənin yalnız 3 rəqəmini qeyd etməklə daha çox axtarış nəticəsi əldə edə biləcəyinizi nəzərə alın. Azercellim.com-da 1 milyondan çox nömrə satışda vardır. Arzuladığınız nömrəni tapmaq şansınız daha çoxdur.
  • Saytdan istifadəyə görə əlavə ödəniş etmək lazımdırmı?

    Azercellim.com-dan istifadə etmək üçün hər hansı bir ödəniş tələb edilmir
  • Şəxsi nömrəmi saytda sata bilərəmmi?

    Xeyr. Veb-sayt Azercell şirkətinin rəsmi diler ve distributor şəbəkəsindən əldə edə biləcəyiniz nömrələr haqqında məlumatı göstərir.
  • Saytla bağlı hələ də suallarım və təkliflərim var. Kimə müraciət edə bilərəm?

    Saytımızda yaranan hər hansı sual və təkliflə bağlı 24\7 Müştəri xidmətlərimizə müraciət edə bilərsiniz. Sim-Sim və Fakturalı xətt abunəçiləri *1111-ə zəng edə bilərlər (Bütün Azercell abunəçiləri üçün davamiyyətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 10 qəpik; Digər yerli operatorların abunəçiləri üçün isə tarif paketinin şəbəkəxarici zəng tarifi ilə hesablanacaq.) Şəhər nömrələrindən Telefon Mərkəzinə zəng etmək üçün SimSim abunəçiləri (012) 490 49 49, fakturalı xətt abunəçiləri isə (012) 490 52 52 nömrələrinə zəng edə bilərlər