Nömrəni əldə etmək üçün aşağıdakı addımlar atılmalıdır:
- azercellim.com veb-saytına daxil olaraq istədiyiniz nömrəni axtarışa verib “Sifariş et” düyməsini basın.
- Qeyd olunan məlumatları daxil edin:
- Ad, soyad;
- Tələb edilən sənəd (Şəxsiyyət vəsiqəsi, Ümumvətəndaş pasportu və s.);
- Mobil nömrə
- E-mail ünvanı
- Şərtlərlə tanış olub razılığınızı bildirdikdən sonra sifarişi təsdiqləyin. Məlumatlar yoxlanılıb doğruluğu təsdiq edildikdən sonra ödəniş səhifəsinə keçid edəcəksiniz.
- Nömrənin tam qiymətini ödəmək üçün ilk öncə kartda kifayət qədər vəsaitin olduğuna diqqət edin. Kart məlumatlarını daxil edib ödənişi təsdiqləyin:
- Kartın üzərindəki 16 rəqəm;
- Kartın son istifadə tarixi;
- Təhlükəsizlik kodu (kartın arxa hissəsində qeyd edilən 3 rəqəm).
- Uğurlu ödəniş əməliyyatından sonra onlayn nömrə sifarişi təsdiqlənəcək və növbəti səhifədə sifarişlə bağlı elektron qaimə (e-invoice) əks olunacaq. Qaimədə qeyd ediləcək məlumatlar bunlardır:
- Verilmə tarixi, sıra nömrəsi;
- Satıcının tam adı, ünvanı, əməliyyatla bağlı müraciət edilə biləcək telefon və faks nömrəsi, elektron poçt ünvanı;
- Satıcının eyniləşdirmə nömrəsi (VÖEN);
- Alıcının adı və soyadı; onu eyniləşdirməyə imkan verən digər məlumatlar;
- Malların (işlərin, xidmətlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;
- Malın (işin, xidmətin) adı;
- Malın (işin, xidmətin) ölçü vahidi;
- Malın (işin, xidmətin) cəmi məbləği;
- Təqdim edilmiş malın (işin, xidmətin) cəmi dəyəri (ƏDV-siz);
- ƏDV-nin məbləği;
- Yekun məbləğ;
- Çatdırılma nəzərdə tutulduqda onun xərci və digər şərtləri;
- Sifarişin icra olunma və geri qaytarılma şərtləri və proseduru;
- Ödənişin bank tərəfindən müəyyənləşdirilən detalları;
- Tələb və şikayətlərin irəli sürülməsi qaydaları.
Qeyd: Qaiməni çap etmək və ya e-poçt ünvanına göndərmək olar.
Prosesin sonunda veb-saytda qeyd edilən mobil nömrə və e-poçt ünvanına onlayn nömrə sifarişi ilə bağlı ətraflı məlumat və sifariş kodu göndərilir.
Sifariş kodunu məxfi saxlamaq lazımdır. Sifariş edilən nömrəni istənilən Azercell ofisinə yaxınlaşıb əldə etmək olar. Nömrəni təhvil alarkən sifariş kodu və veb-saytda qeyd edilən hüquqi sənəd (məsələn, şəxsiyyət vəsiqəsi) Azercell ofisində müvafiq əməkdaşa mütləq təqdim edilməlidir.