www.azercellim.com - “Azercell Telekom” MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə vahid,
mərkəzləşdirilmiş axtarış sistemidir. Zövqünüzə uyğun nömrənin rəqəmlərini (ən azı iki rəqəm) bölmədə
yazıb “Axtar” düyməsinə klikləməklə axtarıb tapa bilərsiniz. Veb-saytda, həmçinin seçdiyiniz nömrəni bank
kartı vasitəsilə ödəniş edib onlayn sifariş edə bilərsiniz.
Nömrəni onlayn necə sifariş etmək olar?
Əsas səhifədə istədiyiniz nömrənin rəqəmlərini axtarış bölməsində yazıb axtarın. Açılan səhifədə
bəyəndiyiniz nömrəni seçib qarşısındakı “İndi al” düyməsinə basın. Növbəti səhifədə sizdən tələb olunan
məlumatları daxil edin, şərtlərlə tanış olub qəbul etdikdən sonra “Sifariş et” düyməsini klikləyin.
Məlumatlarınız təsdiqləndikdən sonra ödəniş səhifəsində nömrənin tam məbləğini bank kartı vasitəsilə
ödəyin. Ödəniş uğurlu olduğu halda, nömrə sifarişiniz təsdiqlənir və məlumatlar səhifəsində daxil etdiyiniz
mobil nömrəyə və e-mail ünvanınıza sifarişin təsdiqlənməsi barədə məlumat göndərilir. Daha ətraflı
məlumat üçün onlayn sifariş qaydaları səhifəsinə baxa bilərsiniz.
Onlayn sifariş edilən nömrənin çatdırılması mövcuddur?
Müştəri veb-saytdan onlayn sifariş etdiyi nömrəni yalnız istənilən Azercell ofisinə yaxınlaşıb sifariş kodunu və
şəxsiyyətini təsdiq edən sənədi göstərməklə əldə edə bilər.
Sifariş edilən nömrəni istənilən ofisə yaxınlaşmaqla əldə etmək mümkündür?
Onlayn sifariş edilən nömrəni istənilən Azercell mağazasına yaxınlaşmaqla əldə etmək olar. Ofisə
yaxınlaşarkən şəxsiyyəti təsdiq edən sənədin və sifariş kodunun ofis əməkdaşına təqdim edilməsi mütləqdir.
Nömrəni onlayn bron etmək olar?
Hal-hazırda www.azercellim.com üzərindən nömrənin qiymətini bank kartı vasitəsilə tam ödəməklə yalnız
onlayn sifariş etmək mümkündür. Daha ətraflı məlumatı Onlayn sifariş qaydaları səhifəsindən öyrənə
bilərsiniz.
Nömrəni sifariş edərkən ödənişi hansı üsullarla etmək mümkündür?
Nömrə sifarişi zamanı ödənişi nağd və qeyri-nağd üsulla etmək olar. Lakin veb-sayt üzərindən nömrə sifarişi
zamanı qeyd olunan məbləği bank kartı vasitəsilə onlayn ödəmək lazımdır. Həmçinin onlayn sifariş etdikdən
sonra nömrənin və seçilmiş tarifin aktiv edilməsi üçün ödəniləcək xidmət haqqı nömrə aktiv edilən zaman
diler mağazada ayrıca ödənilməlidir.
Saytda mövcud olan bütün nömrələri onlayn sifariş etmək olar?
Saytda mövcud olan bütün nömrələri onlayn sifariş etmək mümkün deyil. Məsələn, “Nice&Mirror” və “Gözəl
nömrələr” kimi kampaniyalar çərçivəsində təqdim edilən və müvafiq dilerlərə məxsus, həmçinin qarşısında
“İndi al” düyməsi olmayan nömrələri onlayn sifariş etmək olmaz.
Sifariş barədə məlumatları necə əldə etmək olar?
Nömrəni sayt üzərindən sifariş etdikdən sonra “Sifariş kodu” və “FIN kod” bölmələrində müvafiq
məlumatları daxil edib “Yoxla” düyməsini basmaqla sifariş edilən nömrə, ödənilmiş məbləğ və sifarişçi
barədə informasiya əldə edilə bilər.
Nömrənin və vəsaitin geri qaytarılması şərtləri necə dəyişir?
Abunəçi onlayn sifariş zamanı müqavilənin kağız nüsxəsi hər iki tərəfin iştirakı ilə imzalanana qədər sifariş
etdiyi nömrəni 7 gün ərzində geri qaytarmaq hüququna malikdir.
Saytla bağlı əlavə suallar yarandıqda hara müraciət etmək olar?
Saytla bağlı yaranan hər hansı sual və ya təkliflə bağlı 24\7 fəaliyyət göstərən Müştəri Xidmətlərinə müraciət
etmək olar. Fakturasız (Sim-Sim) və Fakturalı xətt abunəçiləri, həmçinin *1111-ə zəng edə bilərlər (Bütün
Azercell abunəçiləri üçün müddətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 0.10 AZN-dir. Digər yerli
mobil operatorların abunəçiləri üçün isə xidmət haqqı tarif paketinin şəbəkəxarici zəng tarifinə müvafiq
hesablanacaq). İstənilən sual, təklif və yaxud şikayət ilə bağlı customercare@azercell.com elektron poçt
ünvanına da yazmaq mümkündür.